Trend in xəbər verdiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev Pakistanın ölkəmizə yeni təyin olunmuş səfiri Cavid Qureyşinin etimadnamələrini qəbul edib.
Dövlət başçısı Pakistanla ikitərəfli əlaqələrin inkişaf səviyyəsindən məmnunluq ifadə edib. Prezidentin sözlərinə görə, Azərbaycan və Pakistan Dağlıq Qarabağ və Kəşmir məsələlərində bir-birinin mövqeyini dəstəkləyir.
Pakistan səfiri qeyd edib ki, iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı üçün əlindən gələni edəcək. Diplomat Pakistan prezidentinin salamlarını İlham Əliyevə çatdırıb.