Azərbaycan prezidenti İlham Əliyev noyabrın 6-da işgüzar səfərlə Brüsselə yola düşüb. Bu barədə Trend AzTI telekanalına istinadən xəbər verir.
Noyabrın 7-nə olan səfər gündəliyində AB-nin Nazirlər Şurasının baş katibi, AB-nin xarici siyasət və müdafiə məsələləri üzrə ali komissarı Xavyer Solana (Javier Solana),Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozo (Jose Manuel Barroso), AB-nin enerji məsələləri üzrə komissarı Andris Piebalqs (Andris Piebalgs), Belçika parlamentinin sədri Ann-Mari Lizin (Anne-Marie Lizin) ilə görüşlər, Kral Beynəlxalq Münasibətlər İnstitutunda ("Edmund" sarayı) çıxış, siyasi brifinqin keçirilməsi və "Euronews" kanalına müsahibə nəzərdə tutulub.