...

Azərbaycan prezidenti Belçikada bir sıra görüşlər keçirib

Siyasət Materials 7 Noyabr 2006 20:55 (UTC +04:00)

Belçikada səfərdə olan Azərbaycan prezidenti Avropa Parlamentinin prezidenti Yozep Borrelə görüşündə Azərbaycan-Avropa Birliyi münasibətlərinin perspektivi geniş müzakirə edilib. Görüşdən sonra AP prezidenti Azərbaycanın dövlət başçısının şərəfinə işçi nahar verib. Tədbirdə Avropa Parlamentinin deputatları və yüksək vəzifəli rəsmiləri iştirak edib.

Sonra Prezident İlham Əliyev Belçika parlamentinin sədri Ann-Mari Lizinlə görüşüb. Görüşdə Azərbaycan-Belçika, həmçinin Azərbaycan-AB əməkdaşlığının uğurla davam etdirildiyi qeyd edilib. Dövlət başçısı Azərbaycanın Avropa Birliyinə və Avrolpanın başqa strukturlarına inteqrasiya məsələlərində öz səylərini əsirgəmədiyini bildirib. Görüşdə qarşılıqlı maraq doğuran başqa məsələlər də müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti