Azərbaycan və Ermənistan tərəfləri arasında kompromis əldə olunduğu halda Moskva Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının zamini qismində çıxış etməyə hazırdır. Bu barədə RF XİN-in rəsmi nümayəndəsi Mixail Kamınin RİA Novosti-yə verdiyi müsahibəsində bildirib.
"Nizamlanma formulunun son seçiminə görə əsas məsuliyyətin azərbaycanlıların və ermənilərin öz üzərinə düşməsinə əsaslanırıq. Rusiya problemlərin həllinin münaqişəyə cəlb olunmuş tərəfləri qane edə biləcək variantını dəstəkləməyə hazır ola bilər, kompromis əldə olunduğu halda isə - nizamlanmanın zamini qismində çıxış edə bilərdi", - deyə Kamınin bildirib.
O vurğulayıb ki, Rusiya bundan sonra da münaqişə üzrə kompromis həllin tapılmasında tərəflərə yardım göstərmək fikrindədir.