...

Sabah Azərbaycan prezidentinin Türkiyəyə səfəri başlayır

Siyasət Materials 15 Noyabr 2006 16:24 (UTC +04:00)

Noyabrın 16-da Azərbaycan prezidentinin Türkiyəyə səfəri başlayır. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın Türkiyədəki səfiri Zakir Haşımov məlumat verib.

O qeyd edib ki, noyabrın 17-də İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək türkdilli dövlət başçılarının sammitində iştirak edəcək. Görüşdə Türkiyə, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Qazaxıstan prezidentlərinin iştirakı gözlənilir.

Səfir bildirib ki, dövlət başçıları görüşün yekunu kimi birgə bəyanat qəbul edəcək. Bundan başqa, ikitərəfli görüşlərin keçirilməsi gözlənilir və artıq bir neçə türkdilli ölkə başçısı Azərbaycan prezidenti ilə danışıqlar aparmaq istəyində olduqlarını bildirib.

Xatırladaq ki, türkdilli dövlət başçılarının sonuncu görüşü 8 aprel 2000-ci ildə Bakıda keçirilib. Həmin görüşdə Bakı bəyannaməsi qəbul olunub.

Z.Haşımov qeyd edib ki, Azərbaycan prezidentinin Türkiyəyə səfəri noyabrın 18-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti