...

21-22 noyabrda YAP-ın yaradılmasının 14-cü ildönümü qeyd olunacaq

Siyasət Materials 20 Noyabr 2006 17:14 (UTC +04:00)

Sabah - noyabrın 21-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 14-cü ildönümü qeyd olunacaq. Bu barədə Trend ə YAP-dan məlumat verilib.

İldönümlə bağlı partiya rəhbərliyi - YAP-ın sədr müavinləri, İdarə Heyətinin, Siyasi Şuranın üzvləri, partiyanı Mili Məclisdə təmsil edən deputatlar noyabrın 21-də saat 11.00-da ümummilli lider, YAP-ın qurucusu Heydər Əliyevin məzarını ziyarət edəcəklər. Noyabrın 22-də saat 12.00-da isə Bakı Əyləncə Mərkəzinin "Eliza" zalında YAP-ın 14-cü ildönümü ilə bağlı "dəyirmi masa" keçiriləcək.

Partiyadan bildirilib ki, YAP-ın ad günü yerli strtukrlarda da qeyd olunacaq.

Xatırladaq ki, YAP 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev tərəfindən yaradılıb. Heydər Əliyevin vəfatından sonra partiyaya indiki dövlət başçısı İlham Əliyev sədrlik edir.

Xəbər lenti

Xəbər lenti