...

Əli Həsənov: "İranda səfirliyimiz qaşısında keçirilən aksiyalar Azərbaycan dövlətinin əleyhinə yönəlməyib"

Siyasət Materials 22 Noyabr 2006 15:24 (UTC +04:00)

İranda səfirliyimiz qaşısında keçirilən aksiyalar Azərbaycan dövlətinin əleyhinə olan mitinqlər deyil. Trend in məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Prezident Aparatı ictimai-siyasi şöbənin müdiri Əli Həsənov bildirib.

Qeyd edək ki, Bakıda nəşr olunan "Sənət" qəzetində Məhəmməd peyğəmbər barədə təhqiramis yazılara görə İranda bir qrup insan Azərbaycanın səfirliyi qarşısında etiraz aksiyası keçirib. Buna münasibətini bildirən Əli Həsənov deyib ki, bu, Azərbaycan dövlətinin əleyhinə yönəlməyib: "İnsanlar öz dinlərini, mənəviyyatlarını qorumaq üçün harasa istinad etməlidirlər. Bu hadisəyə görə gedib başqa ölkələrin səfirliyi qarşısında etiraz etməyəcəklər ki. Bu qəzet Azəbaycanda çıxdığı üçün səfirlik qarşısında etirazlarını bildiriblər. Azərbaycanın İranla münasibətləri dostluq nüansları üzərində qurulub. Hər iki ölkənin KİV-lərində digər dövətin əleyhinə bu və ya başqa cür yazılara rast gəlinir. Amma dövlət siyasəti KİV-lər üzərində qurulmur. KİV-lər sadəcə dövlət siyasətini ictimaiyyətə çatdırırlar"-deyə Əli Həsənov bildirib.

Prezident Aparatı nümayəndəsi "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunla bağlı aparıan müzakirələrə də toxunub. Onun sözlərinə görə, Avropa Şurasının Venesiya Komissiyasının da, Azərbaycan hökumətinin də bu qanuna dəyişikliklərlə bağlı tövsiyələri var. Əli Həsənov bildirib ki, bu tövsiylərin əsasında yaxın zamanda müzakirələr aparılacaq. Bu məqsədlə yaradılan İşçi qrupu da qanuna edilə biləcək dəyişikliklərlə bağlı hökumətə təkliflər hazırlayıb verəcək.

Xəbər lenti

Xəbər lenti