...

Azərbaycan XİN-nin nümayəndəsi: "Azərbaycan xarici yardıma can atmır, öz iqtisadiyyatını inkişaf etdirməyə çalışır".

Siyasət Materials 27 Noyabr 2006 12:50 (UTC +04:00)
Azərbaycan XİN-nin nümayəndəsi: "Azərbaycan xarici yardıma can atmır, öz iqtisadiyyatını inkişaf etdirməyə çalışır".

ABŞ konqresinin bu ölkənin Dövlət Departamentinin Azərbaycana, Ermənistana, Gürcüstana maliyyə yardımına həsr olunmuş sonuncu hesabatı tam obyektiv deyil. Bu haqda Trend -ə XİN-nin Mətbuat və İnformasiya İdarəsinin rəhbəri Tahir Tağızadə məlumat verib. T.Tağızadə hesab edir ki, ölkələr üçün yardımın məbləği fərqlidir, ona görə ki, idarə hər dəfə Ermənistan üçün az məbləğ tələb edir, lakin erməni yönümlü konqressmenlər bu yardımı artırır. "Onlar açıq surətdə deyirlər ki, bu yardım Ermənistan üçün mövcud olma mənbələrindən biridir. Azərbaycan və Ermənistan üçün 2007-ci ilə görə tələb olunan məbləğ sözün əsl mənasında yaxındır. Lakin zəmanət yaxdur ki, müvafiq komitələrin erməni yönümlüləri bu dəfə də məbləği şişirdə bilməyəcək". Bunu Azərbaycan XİN-nin nümayəndəsi bildirib.

Xatırladaq ki, ABŞ Konqresinin Tədqiqat mərkəzinin sonuncu hesabatına müvafiq olaraq, Dövlət Departamentinin Ermənistan üçün tələb 58,14 milyon dollar, Azərbaycan üçün 40,12 milyon dollar, Gürcüstan üçün 75,84 milyon dollardır. 2006-cı ildə bu yardım Ermənistan üçün 81,7 milyon dollar, Azərbaycan üçün 47,94 milyon dollar, Gürcüstan üçün 86,01 milyon dollar təşkil edib. Ermənistan və Gürcüstanla baglı məbləğdə "Minilliyin çağırışları" proqramı da daxil olmaqla müxtəlif fondlar çərçivəsində yardım da əks olunub.

T.Tağızadə qeyd edib ki, bu məbləğ xarici hərbi qüvvələrin və beynəlxalq hərbi təhsil və hazırlıqların maliyyələşdirilməsi üçün Müdafiə Nazirliyi xətti ilə ayrılan yardımı özündə əks etdirmir. Bu erməni tərəfinin narazılığına səbəb olmuş hərbi yardımda bərabərlik məsələlərini tələb edən proqramlardır. Azadlığın Dəstəklənməsi Aktına 907-ci düzəlişə 5 istisnanın təsdiq olunduğu 1998-ci ilə kimi Azərbaycana dövlət yardımının həcmi Ermənistan və Gürcüstana yardımdan xeyli az məbləğdə olub. Bununla belə, yalnız adambaşına düşən hesaba görə deyil, mütləq məbdəğlərdə bu belə olub. 907-ci düzəlişin fəaliyyətinin saxlanılmasından sonra bu məbləğ bir az bərabərləşməyə başlayıb.

XİN-nin idarə rəisi qeyd edib ki, Azərbaycan üçün bu yardımın edilməsi maliyyə köməyi mənasında prinsipial deyil. T.Tağızadə qeyd edib: "Biz yardım arxasınca qaçmırıq və öz iqtisadiyyatımızı inkişaf etdirməyə çalışırıq. O ki qaldı, yardım etməyi təşkil edən siyasi aksentlərə, bu, erməni yönümlü konqressmenlərin işi ilə bağlıdır və bunun əlindən heç yana gedə bilməzsən. Onların əsas dəlilləri, Azərbaycandan fərqli olaraq Ermənistanın xarici yardımdan asılı olan ölkə olmasıdır, fərqi yoxdur bu, diaspora və ya Amerika dövlətinin yardımı olsun".

Xəbər lenti

Xəbər lenti