...

Maurisio Pavesi ATƏT ofisinin rəhbəri kimi Azərbaycanda missiyasını başa vurur

Siyasət Materials 1 Dekabr 2006 11:34 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 30-da ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavesini missiyasının başa çatması ilə əlaqədar qəbul edib. Bu barədə Trend ə Azərbaycan XİN-in mətbuat mərkəzindən məlumat verilib.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, o cümlədən Azərbaycan və ATƏT arasında əlaqələrin uğurlu inkişafı məsələləri və sosial-siyasi sahədə islahatlar müzakirə olunub. Nazir diplomatın xahişi ilə Minsk görüşündə Azərbaycan və Ermənistan prezidentləri arasında aparılmış danışıqların yekunları barədə məlumat verib və vurğulayıb ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü və Konstitusiyası, o cümlədən qəbul olunmuş beynəlxalq norma və prinsiplər çərçivəsində həll oluna bilər.

Xəbər lenti

Xəbər lenti