...

Dini qurumlarla iş üzrə Dövlət komitəsinin sədri: Azərbaycanda tolerantlığın möhkəmlənməsində Heydər Əliyevin çox qiymətli xidmətləri olub

Siyasət Materials 7 Dekabr 2006 14:22 (UTC +04:00)
Dini qurumlarla iş üzrə Dövlət komitəsinin sədri: Azərbaycanda tolerantlığın möhkəmlənməsində Heydər Əliyevin çox qiymətli xidmətləri olub

Minillik ərzində Azərbaycanda dini tolerantlıq yaradılıb, dostluq və qarşılıqlı anlaşma atmosferində keçən dinlərarası dialoq mövcuddur və tolerantlığın möhkəmlənməsində Heydər Əliyevin çox qiymətli xidmətləri olub. Trend xəbər verir ki, bu barədə dekabrın 7-də Azərbaycanın Dini qurumlarla iş üzrə Dövlət komitəsinin sədri Hidayət Orucov ümummilli lider, Azərbaycanın eks-prezidenti Heydər Əliyevin ölümünün üçüncü ildönümü ərəfəsində Dövlət komitəsinin binasında onun büstünün açılış mərasimində çıxış edərkən məlumat verib.

H.Orucov qeyd edib ki, Azərbaycan dünyəvi dövlətdir, lakin dindən ayrılmayıb. Onun sözlərinə görə, əhalinin əksəriyyətinin müsəlmanlardan ibarət olmasına baxmayaraq, burada digər dini konfessiyalar da mövcuddur.

Dövlət komitəsinin başçısı qeyd edib ki, müxtəlif dini konfessiyaların nümayəndələri digərlərinin dini hüququna hörmətlə yanaşırlar.

Heydər Əliyevin xidmətlərindən biri kimi o, 2001-ci ildə Azərbaycanda eks-prezidentin fərmanı ilə Dini qurumlarla iş üzrə Dövlət komitəsinin yaranmasını qeyd edib.

Müəllifi Azərbaycanın xalq heykəltaraşı Ömər Eldarov olan büstün açılışında dini konfessiyaların başçıları, Azərbaycan ziyalılarının nümayəndələri iştirak edib.

Xəbər lenti

Xəbər lenti