...

Nazir: "Azərbaycan tərəfi hesab edir ki, Xəzərin hüquqi statusu ilə bağlı danışıqlar nazirlərin müavinləri səviyyəsində davam etdirilməlidir"

Siyasət Materials 11 Dekabr 2006 13:35 (UTC +04:00)

Azərbaycan tərəfi hesab edir ki, konkret nəticələr əldə olunmayana qədər Xəzərin hüquqi statusu ilə bağlı danışıqlar XİN başçılarının müavinləri səviyyəsində davam etdirilməlidir. Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycan XİN başçısı Elmar Məmmədyarov jurnalistlərə bildirib.

O qeyd edib ki, nazir müavinlərinin Tehranda keçirilən son görüşündə İran tərəfi 5 Xəzəryanı ölkənin xarici işlər nazirlərinin görüşməsini təklfi edib. Lakin bu məsələ açıq qalıb, belə ki, bəzi məsələlər hələ həll olunmalıdır.

Xəbər lenti

Xəbər lenti