...

Azərbaycan və Almaniya arasında readmissiya haqqında saziş layihəsi hazırlanır

Siyasət Materials 18 Dekabr 2006 15:17 (UTC +04:00)

Azərbaycan və Almaniya arasında readmissiya haqqında saziş layihəsi hazırlanır. Bu barədə Trend ə Azərbaycanın Almaniyadakı səfirliyinin ikinci katibi Nəsimi Ağayev məlumat verib.

Sənəd bu sahədə iki ölkə arasında olan problemləri tənzimləyəcək. Diplomat qeyd edib ki, Sovet İttifaqı dağıldıqdan sonra daimi yaşamaq üçün Almaniyaya çoxlu sayda keçmiş sovet vətəndaşları, o cümlədən Azərbaycandan da çoxlu adam köçüb.

N.Ağayevin sözlərinə görə, hazırda Almaniyada Azərbaycan vətəndaşı olduqları güman edilən müəyyən qrup şəxslər var.

"Almaniya höküməti tez-tez səfirliyə özlərini Azərbaycan vətəndaşı kimi təqdim edən, lakin əksər hallarda Azərbaycan vətəndaşı olmayan bu və ya digər qanunsuz şəxslərin vətəndaşlığının müəyyən olunmasına yardım göstərilməsi xahişi ilə müraciət edir. Biz müəyyən yoxlamalar aparırıq, beləliklə də, bu şəxslərin vətəndaşlığını müəyyən edirik", - deyə diplomat vurğulayıb.

Bu gün Almaniyada Azərbaycandan təxminən 6500 qanunsuz şəxs var. N.Ağayevin sözlərinə görə, onların Vətənə qayıtma məsələsi, yəni readmissiyası iki ölkənin hökümətləri arasında müzakirə olunur. Diplomat bildirib ki, bu danışıqların ilk mərhələsi bu il baş verib, ikinci mərhələsi gələn ilin birinci yarısında keçiriləcək. O qeyd edib ki, tərəflər həmçinin iki ölkənin readmissiya sahəsində əməkdaşlığı haqqında saziş layihəsi üzərində də işləyirlər.

Xəbər lenti

Xəbər lenti