...

Gürcüstanda optik-tel kabelinin demontajı Azərbaycanda internetin işinə təsir etmir

Siyasət Materials 13 Yanvar 2007 13:01 (UTC +04:00)
Gürcüstanda optik-tel kabelinin demontajı Azərbaycanda internetin işinə təsir etmir

Gürcüstanının "Fobnet" Birləşmiş Telekommunikasiya Şirkətinin ("birləşmiş telekom") optik-tel kabelinin demontajı Azərbaycanda İnternet işinin keyfiyyətinə təsir etmir. Bu barədə Trend ə şənbə günü Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi beynəlxalq Əlaqə və hesablama Mərkəzinin direktoru Cəlil Cəfərov xəbər verib.

Onun sözlərinə görə, Azərbaycanın xüsusi alternativ kanalları var ki, lazım gəldikdə istifadə edə bilir.

"Bunlar şimal istiqamətinə, Rusiya vasitəsilə Avropaya çıxış kanallarıdır"-deyə o söyləyib.

"Birləşmiş Telekom" kabel kanallarında yerləşən kabeli demontaj etmək niyyətindədir. Kabel Qara dənizin dibi ilə Novorossiyskdən Potiyədək uzanır və Gürcüstan vasitəsilə Azərbaycan və Ermənistanla birləşir. Onun sahibləri Rusiyanın "Rostelekom", Gürcüstanın "Axali kselebi" və başqa şirkətləridir.

Hazırda qazax investorlarının əlində olan "Birləşmiş Telekom" öz kanallarında yerləşdirməyə görə ödəmələr tələb edir və hazırda ödədiyi tarifləri 20 dəfə qaldırır.

İndiki tariflərə görə, bir kilometrə olan ödənişlər 34 laridir. Bu mübahisədə "Birləşmiş Telekom" Gürcüstan kommunikasiyası üzrə Milli Komissiyanın qətnaməsinə əsaslanır və kəskin addımlar atacağı ilə hədələyir. Bu hədələr "Axali kselebi" və "Axtel"ə aiddir - onların kabelləri həmin kanallarda yerləşir. "Birləşmiş Telekom"un maliyyə direktoru İva Martiaşvili bəyan edir ki, kabellərin demontajı müəyyən dərəcədə daxili və xarici operatorların, məsələn, Ermənistan və Azərbaycanın işini ləngidəcək.

"Bizim başqa yolumuz yoxdur, belə ki, biz özəl şirkətik və istənilən başqa opreator barədə sərt ölçülər götürəcəyik" - deyə İva Martiaşvili söyləyib.

Xəbər lenti

Xəbər lenti