...

Nazir: "Azərbaycan "Şahdəniz" yatağından Gürcüstana qaz tədarük etməyə başlayıb

Siyasət Materials 15 Yanvar 2007 20:25 (UTC +04:00)
Nazir: "Azərbaycan "Şahdəniz" yatağından Gürcüstana qaz tədarük etməyə başlayıb

"Şah-Dəniz" konsorsiumu Azərbaycanın "Şahdəniz" yatağından Gürcüstana təbii qaz tədarükünə başlayıb. Bu barədə xüsusi brifinqdə Gürcüstanın energetika naziri Nika Qilauri danışıb. Trend in xüsusi müxbiri Tiflisdən xəbər verir.

"Dünən biz Bp-dən texniki nasazlıqların aradan qaldırılması barədə məlumat aldıq və bu gün saat 11-də biz artıq bu yataqdan qaz alırıq"-deyə o, söyləyib.

Nazir məlumat verib ki, Gürcüstan sutkada 1 milyon kub metr qaz alır. Onun sözlərinə görə, Gürcüstan Şahdənizdən hələlik 1 min kub metrəi 62 dollara qaz alır. Gürcüstan bu qiymətlə ildə 250 milyon kub metr qaz alacaq.

Gürcüstan-Azərbaycan-Türkiyə danışıqlarında Gürcüstan Türkiyənin payından 120 dollar qiymətilə 1,1 mlrd kub metr qaz almağa nail olub.

Nazir vurğulayıb ki, Şahdənizdən qaz tədarükü ilə yanaşı, Gürcüstan Azərbaycandan Qardabanı-Qaradağ köhnə boru kəməri vasitəsilə də qaz alır.

Bu hesabla Gürcüstan 120 dollar qiymətilə sutkada 3 million kub metr qaz alır. "Bu gün Gürcüstanın üç alternativ qaz mənbəyi var, "Şahdəniz", ARDNŞ və Gürcüstana hər min kub metrə 235 dollara qaz satan Rusiyanın "Qazprom"u .

Xəbər lenti

Xəbər lenti