...

YAP funksioneri M.Qurbanlı: "Müxalifətin qiymət artımından istifadə edərək əhalini öz tərəfinə çəkməsi heç bir fayda verməyəcək"

Siyasət Materials 17 Yanvar 2007 17:21 (UTC +04:00)

"Azərbaycanda qiymət artımı siyasi konyuktura xarakteri daşımır və sırf iqtisadi maraqlar nəzərə alınaraq belə qərar qəbul edilib". Trend in məlumatına görə, bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

O, Tarif Şurasının qərarı ilə bir sıra mühüm sahələrdə qiymətlərin artırılmasına həsr olunmuş dəyirmi masada çıxış edərkən deyib ki, ölkə müxalifəti bu vəziyyətdən sui-istifadə edərək əhalinin narazı, aztəminatlı təbəqəsini öz tərəfinə çəkməyə çalışır: "Amma hesab edirəm ki, bu, heç bir fayda verməyəcək. Qiymətlərin artırılması iqtisadi zərurətdən irəli gəlib və hökumət bu barədə açıqlama verib. Qiymət artımı qərarı aztəminatlı təbəqənin vəziyyətinin yaxşılaşdırılmasına yönəldiləcək"-deyə YAP funksioneri vurğulayıb.

Onun fikrincə, kommunal xərclərin, benzinin qiymətinin bahalanmasına görə ən çox imkanlı şəxslər -bir neçə evi, avtomobilləri olanlar artıq pul ödəyəcəklər. Həmçinin hökumət daxili və xarici şirkətlərin daha çox vəsait ödəməsi hesabına sosial yönümlü tədbirləri genişləndirəcək: "Əhali qiymət artımı qərarının nəticə etibarilə onların xeyrinə olacağını görəcək".

Xəbər lenti

Xəbər lenti