...

Milli bankın başçısı: Azərbaycan hökumətinə qiymətlərin yüksəlməsinin mənfi təsirinin aradan qaldırılması üzrə tövsiyyələr təqdim olunacaq

Siyasət Materials 20 Yanvar 2007 14:23 (UTC +04:00)
Milli bankın başçısı: Azərbaycan hökumətinə qiymətlərin yüksəlməsinin mənfi təsirinin aradan qaldırılması üzrə tövsiyyələr təqdim olunacaq

"Bütün dünyada qiymətlər liberallaşdırılır və artırılır, lakin bu prosesi istehlak mallarının qiymətlərinin qalxmasından fərqləndirmək lazımdır", - deyə Azərbaycan Milli Bankının idarə heyətinin sədri Elmar Rüstəmov şənbə günü məlumat verib. Bu barədə Trend xəbər verir.

Tarif şurasının enerji daşıyıcılarının qiymətinin, kommunal xidmət tariflərinin, şəhər nəqliyyatında gediş haqqının artırılması haqqında 8 yanvar 2007-ci il tarixli son qərarına dair BVF-in verdiyi bəyanata münasibət bildirən E.Rüstəmov qeyd edib ki, bu, onların proqnozlarıdır.

Valyuta fondunun bəyanatında qeyd olunub ki, enerji qiymətlərində dəyişikliklərin birbaşa təsirini inflyasiya prosesindən ayırmaq lazımdır. BVF əməkdaşlarının hesablamalarına görə, enerji daşıyıcılarının qiymətində və kommunal tariflərdə son nizamlanma islehlak mallarının indeksinə təxminən 4-5% səviyyəsində birbaşa təsir göstərəcək və birdəfəlik artımla məhdudlaşacaq.

Milli Bankın başçısının fikrincə, enerji qiymətlərinin artması qaçılmaz şəkildə istehlak mallarının istehsalı ilə məşğul olan müəssisələrin xərclərinin artmasına təsir göstərəcək, ona görə də bu prosesin istehlak qiymətlərinin indeksinə təsiri istisna olunmur. Bununla bağlı tədbirlərin həyata keçiriləcəyi planlaşdırılır və bu tədbirlər üzrə təkliflər ölkə hökümətinə təqdim olunacaq.

Onlar bundan ibarətdir ki, ölkədə maliyyə intizamını gücləndirmək lazımdır. "Qiymət artımından enerji müəssisələri böyük maliyyə daxilolmaları əldə edəcəklər və ona görə də əsas məqsəd onların dövlət büdcəsinə köçürülməsini təmin etməkdir. Dövlət büdcəsi vasitəsilə əhalinin qiymət qalxmasına ən çox həssas olan təbəqələrinin yaşam şəraitinin yaxşılaşdırılması üçün vəsait ayrılacaq", - deyə E.Rüstəmov qeyd edib.

Onun sözlərinə görə, digər tədbirlər arasında monetar tədbirlər, o cümlədən qiymətli kağızlar bazarının genişləndirilməsi və s. ola bilər.

Xəbər lenti

Xəbər lenti