...

Ümid Partiyası "Azadlıq" bloku və Müsavat Partiyasının etiraz aksiyalarına qoşulmağa qərar verib

Siyasət Materials 24 Yanvar 2007 14:22 (UTC +04:00)

Ümid Partiyası müxalifət partiyalarının yanvarın 26-da və 28-də keçirəcəyi kütləvi etiraz aksiyalarında iştirak etmək barədə qərar qəbul edib. Bu barədə Trend ə partiyanın sədri İqbal Ağazadə məlumat verib.

O, qeyd edib ki, Ümid Partiyası Azərbaycana enerjidaşıyıcılarının, kommunal xidmətlərin qiymətinin bahalaşmasına etiraz olaraq mitinq keçirməyi planlaşırırdı, lakin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən buna razılıq verilməyib. Ümid Partiyası yanvarın 26-na "Azalıq" blokunun və 28-ə Müsavat Partiyasının etiraz aksiyaları təyin etməsini və onların da eyni tələblərlə çıxış etməsini nəzərə alaraq, bu mitinqlərə qoşulmağa qərar verib. Ümid Partiyasının yenidən özünün mitinq təyin etməsinə zərurət qaymayıb.

İ.Ağazadə onu da deyib ki, Ümid Partiyası növdəbi dəfə etiraz aksiyası təyin edərsə və buna müvafiq izacə verilməzsə, partiya tədbirini mütləq keçirmək barədə düşünəcək.

Xəbər lenti

Xəbər lenti