...

Azərbaycanın əmək naziri: Rusiyada əmək resurslarına böyük tələbat var

Siyasət Materials 26 Yanvar 2007 14:14 (UTC +04:00)
Azərbaycanın əmək naziri: Rusiyada  əmək resurslarına böyük tələbat var

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daimi əsaslarla RF-də Azərbaycan vətəndaşlarının əmək fəaliyyətinin leqallaşdırılması məsələsi ilə məşğul olur və Rusiya hökumətinin sosial qurumları ilə birgə fəal iş görür. Bu barədə Trend xəbər verir.

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun cümə günü bəyan etdiyi kimi, Rusiyada əmək resurslarına böyük tələbat var, lakin RF-nin, Azərbaycanın olduğu kimi, Avropa Şurası və digər beynəlxalq təşkilatlar qarşısında öhdəlikləri var.

"Bütün dünyada miqrasiya məsələsi ən mühüm məsələlərdən biridir. RF qanunsuz miqrantlarla mübarizə aparmaq və bu məsələni nizamlamaq öhdəliyini öz üzərinə götürüb. Azərbaycan hökuməti problemi tez həll etmək üçün yardım göstərmək niyyətindədir", - deyə nazir bildirib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşları RF-də əmək fəaliyyətinə icazələri olmadan işləyirlər və "əgər nəsə baş versə, onların sosial müdafiəsi olmayacaq, çünki onlar sosial ödənişlər etməmək üçün sosial paketə malik deyillər". Azərbaycana qayıdarkən onlar cüzi təqaüd almağa məcbur olacaqlar.

"Biz bu məsələni tənzimləmək niyyətindəyik, lakin Rusiya özü dilemma qarşısında durub və aprelə qədər çətin ki, bunu həll edə bilsin", - deyə nazir bildirib.

Dekabrda RF-nin pərakəndə satış şəbəkəsində 65 min vakant yer var idi, bu gün həmin göstərici 77 minə çatıb.

Xəbər lenti

Xəbər lenti