...

İqdır qubernatoru: Ermənistanla sərhədlərin açılması haqqında qərarı yalnız Türkiyə parlamenti verə bilər

Siyasət Materials 29 Yanvar 2007 13:30 (UTC +04:00)

Ermənistanla sərhədlərin açılması haqqında qərarı yalnız Türkiyə parlamenti verə bilər. Trend in xüsusi müxbiri xəbər verir ki, bu barədə Türkiyənin İqdır əyalətinin qubernatoru Saffet Karahisarlı, o cümlədən İqdırdan keçən Türkiyə - Azərbaycan sərhədinin açılması imkanı haqqında bəyanatı şərh edərkən jurnalistlərə bildirib.

Türkiyə-Ermənistan sərhədinin açılması imkanı haqqında öz rəyini bildirən Saffet Karahisarlı Ermənistan tərəfindən dostluq addımlarının atılmasının əhəmiyyətini qeyd edib. O əlavə edib ki, Ermənistan hər şeydən əvvəl Avropa Birliyinə və digər ölkələrə təzyiq göstərmək və qondarma erməni soyqırımı haqqında qətnamənin qəbul olunması məqsədilə təşkilatçılıq cəhdlərini dayandırmalıdır. "Bu yalnız Türkiyənin Ermənistana qarşı əsəbiliyinin güclənməsinə səbəb olur və xalqlar arasında etimadın bərpa olunmasına xidmət etmir", - deyə Saffet Karahisarlı bildirib. O əlavə edib ki, Ermənistan Türkiyəyə qarşı mənfi münasibətini nəzərdən keçirməlidir. Bu, ticarət-iqtisadi münasibətlərin fəallaşmasına səbəb ola bilər və bundan, hər şeydən əvvəl, Ermənistanın özü qazanacaq.

Birinci dərəcəli vəzifələr arasında qubernator həmçinin Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərini azad etməsinin zəruri olduğunu da vurğulayıb.

Xəbər lenti

Xəbər lenti