...

Azərbaycan prezidenti BMT-nin rezident-əlaqələndiricisini qəbul edib

Siyasət Materials 1 Fevral 2007 20:41 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev fevralın 1-də BMT-nin ölkəmizdəki rezident-əlaqələndiricisi Marko Borsottini səlahiyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib. Bu barədə Trend xəbər verir.

Prezident İlham Əliyev cənab Borsottinin ölkəmizdə fəaliyyətini yəksək qiymətləndirib. Ötən dövrdə təhsil, səhiyyə və digər humanitar sahələrdə həyata keçirilən layihələrin uğurlu olduğunu xatırladıb, BMT ilə əməkdaşlığın gələcəkdə də inkişaf edəcəyinə əminliyini vurğulayıb. M,Barsotti Azərbaycandakı fəaliyyətindən məmnun qaldığını bildirib.

Xəbər lenti

Xəbər lenti