...

Bakıda hesab edirlər ki, bu gün Dağlıq Qarabağla münasibətlər mümkün deyil

Siyasət Materials 21 Fevral 2007 13:20 (UTC +04:00)
Bakıda hesab edirlər ki, bu gün Dağlıq Qarabağla münasibətlər mümkün deyil

Azərbaycan, Bakı / Trend müx. A.İsmayılova/ Avropa Birliyinin Cənubi Qafqaz ölkələrində xüsusi nümayəndəsi Piter Semnebinin Dağlıq Qarabağla əlaqələrin nizama salınması üçün vaxtın gəlib çatdığı barədə dünənki rəyinə cavab olaraq rəsmi Bakı hesab edir ki, bu mərhələdə Dağlıq Qarabağla münasibətlərin qaydaya salınması mümkün deyil.

Azərbaycan XİN mətbuat və informasiya siyasəti şöbəsinin müdiri Tahir Tağızadə bəyan edib ki, Dağlıq Qarabağın həm erməni, həm də azərbaycanlı sakinləri - Azərbaycan Respublikasının vətəndaşlarıdır. Müvafiq olaraq, onlarla münasibətlər ölkənin başqa bölgələri ilə olduğu kimi olmalıdır, çünki söhbət yalnız yüksək muxtariyyat statusunun verilməsindən gedir. Bu status o deməkdir ki, bu ərazi törəməsinin Azərbaycanın tərkibində xüsusi statusu olacaq.

T.Tağızadə həmçinin vurğulayıb ki, Azərbaycan dəfələrlə bildirdiyi kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının birinci mərhələsinin başqa komponentləri həyata keçirilməyə başlayan kimi münasibətlər qaydaya salınacaq. Azərbaycan XİN nümayəndəsi hesab edir ki, komponentlərdən biri - etimadın yaradılması üzrə tədbirlərdir.

"Birinci mərhələnin başqa komponentləri həyata keçirilməyənədək, biz ayrıca olaraq etimad yaratmaq və Dağlıq Qarabağ bölgəsi ilə münasibətləri inkişaf etdirə bilmərik. Bu isə - qoşunların Dağlıq Qarabağı əhatə edən ərazilərdən çıxarılması, kommunikasiyaların minalardan təmizlənməsi, köçürülmüş insanların geri qaytarılmasıdır. Bütün bunlardan sonra etimadın yaradılması üzrə tədbirlər həyata keçirilməyə başlayacaq. Proses özü-özlüyündə mümkün deyil", - deyə T.Tağızadə bəyan edib.

Xəbər lenti

Xəbər lenti