...

İqdırın iş adamları Naxçıvanla ticarət əlaqələrini genişləndirəcəklər

Siyasət Materials 7 Mart 2007 12:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Türkiyənin İqdır vilayətində fəaliyyət göstərən iş adamları Naxçıvanla ticarət əlaqələrini genişləndirəcəklər. Bu məsələ Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun İqdıra səfəri zamanı geniş müzakirə olunub.

V.Talıbov səfər zamanı İqdır valisi Saffet Karahisarlı və İqdırın bələdiyyə başqanı Nurettin Arasla görüşüb.

İqdır valisi bildirib ki, Naxçıvanla ticarət və mədəni əlaqələri genişləndirməyə çalışırlar. O qeyd edib ki, İqdırın qapıları naxçıvanlı iş adamları üçün açıqdır və onlara hər cürə yardım göstərməyə hazırdırlar.

İqdırın bələdiyyə başqanı Nurəttin Aras isə qeyd edib ki, hazırda İqdır-Naxçıvan-Qars dəmiryol xəttinin çəkilməsi və təyyarə reyslərinin açılması məsələsi müzakirə olunur. .

Xəbər lenti

Xəbər lenti