...

Azərbaycan prezidenti Bəstəkarlar İttifaqı üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında sərəncam verib

Siyasət Materials 12 Mart 2007 19:15 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir A.İsmayılova/ Azərbaycan prezidenti İlham Əliyev Bəstəkarlar İttifaqı üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında sərəncam verib. Bununla əlaqədar Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə Bəstəkarlar İttifaqının yerləşdirilməsi üçün müvafiq bina ayrılması və onun təmirinə dair təkliflər hazırlanması tapşırılıb. Bakı Şəhər İcra Hakimiyyətinə Abşeron yarımadasında Azərbaycan Bəstəkarlar İttifaqı üzvləri üçün yaradıcılıq evinin tikilməsi üçün yer ayrılması həvalə olunub.

Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan bəstəkarlarının əsərlərinin nəşri və elektron daşıyıcılar vasitəsilə yayılmasının təmin olunmasına dair təkliflər hazırlamaq barədə göstəriş verilib. Nazirlər Kabinetinə xüsusi təqaüd fondunun yaradılması tapşırılıb.

Xəbər lenti

Xəbər lenti