...

Azərbaycan-Misir hökumətlərarası komissiyasının növbəti iclasının yeri və vaxtı müəyyən olunub

Siyasət Materials 29 Mart 2007 19:07 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ İyun ayında Bakıda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Misir hökumətlərarası komissiyasının üçüncü iclası keçiriləcək. Azərbaycanın Misirdəki səfiri Faiq Bağırovun bildirdiyinə görə, komiyssiyanın iclasında iştirak məqsədi ilə Misirdən beynəlxalq əməkdaşlıq üzrə nazir Faiz Əbu Naqın başçılıq edəcəyi nümayəndə heyəti Bakıya səfər edəcək.

Diplomatın sözlərinə görə, hazırda komissiyanın müzakirəsinə çıxarılacaq müxtəlif sahələri əhatə edən ikitərəfli əməkdaşlıq layihələrinin paketi hazırlanır. Səfir qeyd edib ki, iclasın gedişində sənədlərin imzalanacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti