...

Müsavat Partiyası Məclisinin iclası keçirilir

Siyasət Materials 31 Mart 2007 11:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müxalifətçi Müsavat Partiyası Məclisinin iclası keçirilir. Toplantı şənbə günü saat 11.30-da işinə başlayıb.

Partiya Məclisinin sədri Sülhəddin Əkbərin verdiyi məlumata görə, iclasın gündəliyinə yeni seçilən rayon təşkilatı sədrlərinin Məclis üzvü səlahiyyətlərinin təsdiqi, Məclisdə boş qalmış yerlərə seçkilərin keçirilməsi, ölkədəki ictimai-siyasi durum haqqında başqan İsa Qəmbərin məruzəsi, komissiya sədrlərinin görülən işlər haqqında məruzəsi və cari məsələlərin müzakirəsi daxildir.

Məclisdə boş qalmış 28 yerə keçirilən seçkilərdə 65 nəfər namizəd iştirak edir. Səsvermənin nəticələri günün ikinci yarısında məlum olacaq. Məclisin iclası saat 18.00-da başa çatacaq.

Müsavat Partiyası 1992-ci ildə yaradılıb, partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Müxalifətçi partiya beş nəfər deputatla parlamentdə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti