...

Dövlət Sərhəd Xidməti Azərbaycan-İran sərhədlərinin bağlanması ilə bağlı məlumatları təkzib edib

Siyasət Materials 4 Aprel 2007 14:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbəlieva/ Dövlət Sərhəd Xidməti (DSX) Azərbaycanla İranın sərhədlərinin bağlanması ilə bağlı yayılan məlumatları təkzib edib. DSX-nin Sahil Mühafizəsinin rəisi İlham Mehdiyev çərşənbə günü jurnalistlərə bildirib ki, sərhədlərin bağlanması ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur. Onun sözlərinə görə, Azərbaycanla İran sərhədçiləri arasında ciddi problem mövcud deyil. Yaranan problem isə iki ölkənin müvafiq qurumlarının müzakirəsi nəticəsində aradan qaldırılır.

Mehdiyev bildirib ki, ABŞ İrana qarşı hərbi əməliyyata başlasa belə, İranla Azərbaycanın sərhədində problem yaranmayacaq.

Xəbər lenti

Xəbər lenti