Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Məclis yaşayış minumumuna yenidən baxacaq. Bu barədə bazar ertəsi Bakıda Milli Məclisin sosial siyasət daimi komissiyasının üzvü, millət vəkili Məlahət Həsənova məlumat verib.
M.Həsənova qeyd edib ki, bu məsələ gündəmdədir: "Parlamentin yaz sessiyasının başa çatmasına xeyli vaxt var. Bu məsələ gündəmdədir və parlamentin yaz sessiyasında müzakirə olunacağı istisna deyil."
Millət vəkili vurğulayıb ki, Azərbaycanın maliyyə imkanları artdığına görə büdcə gəlirlərlərinə yenidən baxıla bilər: "Hesab edirəm ki, yaşayış minimumuna yenidən baxılması və onun artırılması mümkündür."
Qeyd edək ki, Tarif Şurası yanvarda enerji daşıyıcılarının qiymətini artırdıqdan sonra yaşayış minumumuna yenidən baxılması məsələsi gündəmə gəlib.