...

"Bizim Azərbaycan" siyasi bloku ikiyə bölündü

Siyasət Materials 10 Aprel 2007 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müxalifətyönlü "Bizim Azərbaycan" blokunu tərk edən bir neçə siyasi partiya eyni adda yeni blok yaradıb. Bu barədə İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı məlumat verib.

T.Abbaslının sözlərinə görə, "Bizim Azərbaycan" blokunu İslam Demokrat, Yaşıllar, Yeni Turan, Xalq Azadlıq və Milli Etimad partiyaları tərk edib. Bu beş partiya "Bizim Azərbaycan" bloku adına iddia edir və blokun fəaliyyətini bərpa etmək üçün bir araya gəlməyə qərar veriblər.

Əvvəlki blokda isə hazırda dörd partiya - Türk Millətçi, Xalq Qurtuluş, Azad Azərbaycan və Demokratik Şəxsiyyətlər partiyaları təmsil olunur. "Bizim Azərbaycanı" tərk edən pariyalar bloku fəaliyyətsizlikdə ittiham edirlər.

Qeyd edək ki, bu adda blok 2003-cü ilin prezident seçkilərində Müsavat Partiyasının başqanı İsa Qəmbərin namizədliyini dəstəkləmək üçün seçki bloku kimi yaradılmışdı. Seçkidən sonra Müsavat və daha bir neçə partiya "Bizim Azərbaycan"ı tərk etdi.

Xəbər lenti

Xəbər lenti