...

Rusiyada axtarışda olan Azərbaycan vətəndaşı həbs olunub

Siyasət Materials 14 Aprel 2007 11:19 (UTC +04:00)

Azərbaycan, Cəlilabad / Trend müxbir A.Həsənov/ Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları Rusiyada cinayət törədib Azərbaycanda gizlənən şəxsi yaxalayıb. Şöbədən şənbə günü Trend ə bildiriblər ki, 1969-cu il təvəllüdlü Cəlilabad rayonunun Cəfərxanlı kəndində yaşayan Azərbaycan vətəndaşı Süleyman Mansurov Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışda olduğu üçün həbs olunub.

Məlumata görə, Mansurov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə (azyaşlı qızın zorlanması) cinayət məsuliyyətinə cəlb edilib.

Azərbaycan Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov bildirib ki, Mansurov Azərbaycan vətəndaşıdırsa, məhkəməsi burada, Rusiya vətəndaşıdırsa, Rusiya ilə Azərbaycan arasında hüquqi yardıma dair sazişə əsasən, məhkəməsi orada keçiriləcək.

Cəlilabad rayonu Azərbaycanın paytaxtı Bakı şəhərindən 200 kilometr cənubda yerləşir.

Xəbər lenti

Xəbər lenti