...

Ermənistan Silahlı Qüvvələri iki istiqamətdə atəşkəsi pozub

Siyasət Materials 3 May 2007 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələri dünən gecə saat 21.25-dən 21.35-dək Azərbaycan Milli Ordusunun Qazax rayonunun Məzəmli kəndi və kəndin yaxınlığındakı döyüş məntəqələrini, saat 23.40-dan 02.00-dək Füzuli rayonunun Mehdili və Horadiz kəndləri yaxınlığındakı mövqelərini atəşə tutublar. Bu barədə cümə axşamı Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, cavab atəşi ilə düşmən susdurulub, itki yoxdur.

Xəbər lenti

Xəbər lenti