...

Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin iclası keçiriləcək

Siyasət Materials 8 May 2007 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Mayın 11-də Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin 117-ci iclası keçiriləcək. Bu barədə çərşənbə axşamı Avropa Şurasının Azərbaycan ofisindən məlumat verilib.

İclasdan öncə, mayın 11-də saat 9.00-da Monteneqro Respublikasının təşkilata üzv olma mərasimi keçiriləcək. Mərasim adıçəkilən ölkənin xarici işlər naziri Milan Roçenin iştirakı ilə baş tutacaq. San-Marinonun xarici işlər naziri Fiorenzo Stolfinin sədrliyilə keçiriləcək iclasda nazirlər Varşava sammitində qəbul edilən qərarların icra edilməsini müzakirə edəcəklər.

İclasda həmçinin Avropa Şurası və Avropa Birliyi arasında münasibətlər, iki təşkilat arasında "Anlaşma Memorandumu"nun imzalanması, daha geniş əməkdaşlıq üçün yeni çərçivənin hazırlanması, Jan-Klod Yunkerin məruzəsindən irəli gələn tövsiyyələrin icrası, Avropa Şurası və Avropa Birliyinin Fundamental Hüquqlar Agentliyi arasında əməkdaşlıq, Avropa insan haqları müdafiə sisteminin gücləndirilməsi, Varşava sammitinin yekunlarından irəli gələn digər prioritetlərin icrası, mədəniyyətlərarası dialoqun inkişafı, Avropa Şurasında daxili islahatlar prosesi müzakirə olunacaq.

Yekun iclasda Nazirlər Komitəsindəki sədrliyi San Marinodan altı aylıq müddətə Serbiya qəbul edəcək. Serbiyanın xarici işlər naziri Vuk Draskoviç öz sədrliklərinin əsas prioritetlərini müzakirələrin sonunda təqdim edəcək.

Xəbər lenti

Xəbər lenti