...

Polşa prezidenti Lex Kaçinski: "Krakovda keçiriləcək Energetika sammiti Mərkəzi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində təşəbbüsdür"

Siyasət Materials 11 May 2007 13:44 (UTC +04:00)
Polşa prezidenti Lex Kaçinski: "Krakovda keçiriləcək Energetika sammiti Mərkəzi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində təşəbbüsdür"

Azərbaycan,Bakı/müxbir Trend A.Qasımova,E.Hüseynov/ Trend in Krakovda keçiriləcək Energetika sammiti ərəfəsində Polşa prezidenti Lex Kaçinski ilə eksklüziv müsahibəsi

- Polşa Eneregetika sammitinin təşkilatçısı kimi mayın 11-də keçiriləcək foruma hansı önəm verir? Sammitdə hansı məsələlər müzakirə olunacaq?

- Krakovda liderlərin görüşü Avrasiya nəqliyyat dəhlizində olan Mərkəzi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığı gücləndirmək təşəbbüsü daşıyır. Azərbaycan energetika resursları və coğrafi mövqeyi ilə dəhliz çərçivəsində bu potensial əməkdaşlıqda hakim əməkdaşdır. Eyni zamanda, mən Krakovda keçiriləcək görüşü birdəfəlik təşəbbüs kimi qiymətləndirmək istəməzdim. Daha doğrusu, bu, Avropa Birliyi və ABŞ daxil olmaqla çoxsaylı əməkdaşlara aid olacaq geniş və intensiv regional əməkdaşlığın başlanğıcıdır. Bu kontekstdə bildirim ki, növbəti görüş payıza planlaşdırılıb və Vilnüsdə keçiriləcək.

- Sammitdə Polşa hansı təşəbbüslərlə çıxış edə bilər? Polşa Xəzər regionunun enerji resurslarının mənimsənilməsi və Avropa ölkələrinə nəqlinə necə əhəmiyyət verir?

- Krakov görüşünün əsas predmeti energetik əməkdaşlıqdır. Bununla yanaşı, biz energetikaya aid olmayan digər məsələləri də müzakirə etmək niyyətindəyik. Yalnız nəqliyyat, investisiya və ya infrastruktur sahəsində əməkdaşlığı qeyd edim. Lakin Polşa üçün reallaşdırılması bir neçə illərdir ki gözlənilən Odessa-Brodı-Plotsk boru kəməri layihəsi fövqəladə əhəmiyyət kəsb edir. Bu layihə ola bilsin ki, Litvadan başqa sammitin işində iştirak edən bütün digər dövlətləri də əhatə edir. Bu layihə Xəzər regionunda həm Azərbaycan, həm də Qazaxıstanın energetika resursları ilə sıx bağlıdır. Polşa yalnız bu mənbələrin ixracında deyil, həmçinin imkan daxilində karbohidrogenlərin hasilatında iştirak etməkdə də maraqlıdır. Fikirləşirəm ki, Avropa Birliyi bazarı kimi Polşa bazarı da Azərbaycan və Qazaxıstan üçün çox ümidvericidir.

- Azərbaycana bu yaxınlardakı rəsmi səfərinizi necə qiymətləndirirsiniz? Polşa və Azərbaycan arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın hazırki səviyyəsi və perspektivlərini necə dəyərləndirərdiniz? Əməkdaşlıq mövcud potensila nə qədər uyğundur?

- Hesab edirəm ki, Azərbaycana səfər çox uğurlu olub. Mən xüsusən danışıqlar və prezident İlham Əliyevlə qarşılıqlı anlaşma səviyyəsindən razıyam. Səfərim sübut etdi ki, bizim münasibətlər yüksək səviyyədədir və uğurla inkişaf edir. Yüksək səviyyədə keçirilən çoxsaylı qarşılıqlı səfərlər buna sübutdur. Məndən başqa Bakıya bu yaxınlarda Polşanın iqtisadiyyat naziri Petr Vojnyak, Senatın spikeri Boqdan Boruseviç və Polşanın xarici işlər naziri Anna Fotıqa səfər etmişdir.

Mən həmçinin iqtisadi sahədə əməkdaşlığın perspektivlərinə münasibətdə nikbinəm. Mövcud olan mal dövriyyəsi potensialımıza cavab verməsə də, dinamik inkişaf edir. Ümid edirəm ki, bu tendensiya gələcəkdə də saxlanacaq. Azərbaycan Cənubi Qafqaz regionunda vacib rol oynayır. Arzu edərdik ki, bu cür potensiala malik olan ölkə Avropa Birliyi və NATO ilə sıx əməkdaşlıq etsin və lazımi yollarla demokrtiya və bazar iqtisadiyyatını gücləndirsin.

- Səfər zamanı energetika sahəsində iki ölkə arasında daha sıx əməkdaşlıq imkanları qeyd olunub. Polşa Azərbaycanın enerji resurslarının alınmasında maraqlıdırmı? Azərbaycan iqtisadiyyatının hansı sahələri polşalı investorlar üçün cəlbedici ola bilər?

- Energetika sahəsində Azərbaycan Polşa üçün əsas əməkdaşdır. Qeyd etdiyim kimi, Azərbaycan coğrafi mövqeyinə görə Cənubi Qafqaz vasitəsilə Mərkəzi Asiyadan Avropaya enerji resurslarının nəqli üçün dəhlizin tikintisində böyük rol oynayır.

Fikirləşirəm ki, ölkələrimiz arasında intensiv energetika əməkdaşlığı qarşılıqlı xeyir gətirə bilər. Azərbaycan istehsalçılarının Mərkəzi Polşa da daxil olmaqla, Mərkəzi Avropa bazarlarına maraq göstərdiyi bir vaxtda, Polşa şirkətləri resursları əldə etməkdə maraqlıdır. Polşanın bəzi şirkətləri artıq bu istiqamətdə əməkdaşlığın inkişafına maraqlarını bildirib.

Mən Orlen və ya PGNiG layihələrini misal çəkə bilərəm. Lakin iri infrastruktur layihələrin inkişafı intensiv beynəlxalq əməkdaşlıq tələb edir. Azərbaycan nümayiş etdirib ki, o, bu sahədə ciddi və etibarlı əməkdaşdır.

Polşa investorları yalnız energetika resurslarını deyil, Azərbaycanın dinamik inkişaf edən iqtisadiyyatını da maraqla müşahidə edir. Azərbaycanda gedən tikinti bumu Polşa investorlarının bu sahəyə diqqətini cəlb edir. Həmçinin mən qida və əczaçılıq sahələrində də əməkdaşlıq üçün imkanlar görürəm.

- Avropa Birliyi və NATO ilə münasibətlərin genişləndirilməsi məsələsində Polşa Azərbaycana hansı dəstəyi göstərə bilər?

- Avropa Birliyi və NATO üzvü kimi Polşa Azərbaycanla bu təşkilatlar arasında münasibətlərin inkişafını fəal olaraq dəstəkləyir. Fikirləşirəm ki, Avroatlantik və Avropa strukturları ilə sıx əməkdaşlıq Azərbaycan üçün olduqca səmərəli olacaq. Son üç ildə Azərbaycan AB-nin "Avropa qonşuluq siyasəti" proqramı ilə əhatə olunmuşdur. Bu proqram çərçivəsində fəaliyət planı imzalanıb və hazırda reallaşdırılır. Azərbaycan və Polşa xarici işlər nazirlikləri arasında Avropa inteqrasiyası sahəsində Əməkdaşlıq Memorandumunda rəsmiləşdirdiyimiz kimi, Polşa fəaliyyət planının reallaşdırılmasında Azərbaycana dəstəyin göstərilməsinə hazır olduğunu bildirir. Sənəd Bakıya Polşa naziri Anna Fotıqanın bu yaxınlardakı səfəri zamanı imzalanıb. Fikirləşirəm ki, təşkilata daxil olmaqda Polşanın təcrübəsi Azərbaycan üçün faydalı ola bilər.

NATO-ya gəldikdə, biz "Sülh naminə əməkdaşlıq" proqramı çərçivəsində əməkdaşlığın inkişafının tərəfdarıyıq. Bu həm Azərbaycan ordusunun islahatları üçün, həmçinin Cənubi Qafqaz regionunda sabitlik və sülhün gücləndirilməsi üçün vacibdir. Həmçinin NATO-ya cəlb olunmuş ölkələr Azərbaycanın yaxınlığında yerləşib və buna görə NATO ilə əməkdaşlıq yalnız Bakı üçün deyil, həmçinin NATO üzvləri üçün də zəruridir.

Xəbər lenti

Xəbər lenti