...

Azərbaycanın müxalifət partiyası mitinq keçirmək üçün Şəhər İcra Hakimiyyətinə müraciət edib

Siyasət Materials 15 May 2007 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müxalifəti təmsil edən Müsavat Partiyası çərşənbə axşamı Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib. Bu barədə Müsavat Partiyası mərkəzi icra aparatının rəhbəri Arif Hacılı məlumat verib.

Müraciətdə bildirilir ki, Müsavat Partiyası Azərbaycanda qiymət artımına etiraz olaraq mayın 27-də Bakı metrosunun "Həzi Aslanov" stansiyası yaxınlığından yürüşlə başlayaraq "Ukrayna" meydanında mitinq keçirməyi planlaşdırır. Yürüş-mitinqin keçirilməsinə şərait yaradılması, təhlükəsizliyin təmin olunması üçün işlər görülməsi xahiş edilir.

Hacılı bildirib ki, mayın 27-də saat 16.00-dan 18.00-dək keçiriləcək aksiyada sırf sosial yönümlü tələbləri səsləndiriləcək. Enerjidaşıyıcıların, kommunail xidmətlərin qiymətinin endirilməsi və digər sahələrdə bahalaşmanın qarşısının alınması tələb ediləcək.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya hazırda beş nəfər deputatla parlamentdə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti