...

Naxçıvanın Xarici İşlər İdarəsinə işə qəbulla bağlı test imtahanları tətbiq olunacaq

Siyasət Materials 17 May 2007 17:38 (UTC +04:00)

Azərbaycan, Naxçıvan / Trend müxbir İ.Nəsib/ Naxçıvan Muxtar Respublikasının Xarici İşlər İdarəsində işləmək istəyənlər artıq test üsulu ilə imtahan verməli olacaqlar. İdarədən cümə axşamı bildiriblər ki, müsabiqə üç mərhələdə keçiriləcək. Birinci mərhələ mövcud qanunvericiliyə əsasən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən test üsulu ilə aparılacaq. Müsabiqənin ikinci və üçüncü mərhələləri müvafiq olaraq Azərbaycan Xarici İşlər Nazirliyində inşalar və müsahibədən ibarət olacaq. Sənədlərin qəbulu bu il iyun ayının 2-dək davam edəcək.

Naxçıvan MR ərazisi 5,5 min kvadrat kilometrdir. Ölkə ərazisinin 6,4%-ni təşkil edir. 7 inzibati rayona (Babək, Şərur, Ordubad, Sədərək, Şahbuz, Culfa və Kəngərli ) bölünüb. Əhalisi 380,2 min nəfər, paytaxtı Naxçıvan şəhəridir.

Xəbər lenti

Xəbər lenti