...

Azərbaycan prezidenti Dövlət Incəsənət Muzeyinin yaxınlığındakı parkda başa catmış təmir işləri ilə tanış olub

Siyasət Materials 22 May 2007 20:32 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/ Azərbaycan prezidenti Ilham Əliyev çərşənbə axşamı Dövlət Incəsənət Muzeyinin yaxınlığındakı parkda başa catmış əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub. Parkın yerləşdiyi əraziyə gələn dövlət başcısına məlumat verilib ki, burada əsaslı təmir işlərinə iki ay əvvəl başlanılıb və park yeni görkəm alıb. 6,3 hektar ərazisi olan parkda yaşıllaşdırma işləri aparılıb, xüsusi işıqlandırma sistemi quraşdırılıb, elektrik dirəkləri yeniləri ilə əvəz olunub. Parkın ərazisinə üzlük daşlar döşənib və onun əvvəlki memarlıq üslubu qorunub saxlanıb. Şəhərimizin sakinlərinin və qonaqlarının mənalı istirahətinin təşkili ücün parkda quraşdırılmış dörd fəvvarə əraziyə xüsusi yaraşıq verir.

Prezident Ilham Əliyev yenidənqurma işlərində iştirak etmiş inşaatcılarla görüşüb, onlarla söhbət edib.

Sonra dövlət başcısı Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının yerləşdiyi bağa gəlib, burada əsaslı təmir işlərinin aparılmasının vacibliyini bildirib. Ərazi ilə yaxından tanış olan prezident paytaxtın əsas istirahət yerlərindən olan bu bağın yenidən qurulması ücün tapşırıq və tövsiyələrini verib.

Ilham Əliyev Dövlət Filarmoniyasında aparılan təmir işlərinin gedişi ilə də maraqlanıb.

Xəbər lenti

Xəbər lenti