...

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri: "Azərbaycan-Rusiya sərhədində olan mübahisəli sahələr üzrə razılıq əldə olunub"

Siyasət Materials 13 İyun 2007 13:50 (UTC +04:00)
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri: "Azərbaycan-Rusiya sərhədində olan mübahisəli sahələr üzrə razılıq əldə olunub"

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycan-Rusiya sərhədində olan mübahisəli sahələr üzrə razılıq əldə olunub. Bu barədə çərşəndə günü Bakıda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan-Rusiya sərhədinin müəyyənləşdirilməsi üzrə Dövlət Komissiyası işini davam etdirir. Məmmədov qeyd edib ki, hazırda Rusiya ilə üc sahə üzrə razılaşma əldə olunmayıb. Bunlar Balakən royonu ərazisində olan Stix adlanan ərazi, Xaçmaz rayonu ərazisində olan Meşə Fondu və Suqovşağıdır: "Azərbaycan və Rusiya mütəxəssisləri bu sahələrin razılaşdırılması üzərində işləyiblər və məsələ ilə bağlı razılıq əldə olunub. İyunun 27-dən 29-dək Rusiyanın Dağıstan Respublikasında hökumətlərarası komissiyanın iclası keçiriləcək və komissiya səviyyəsində bu məsələni aydınlaşdıracağıq".

Komitə sədri bildirib ki, Azərbaycan Gürcüstan sərhədlərinin delimetasiya və demarkasiyası üzrə Dövlət Komissiyasının növbəti iclası Tbilisidə keçiriləcək. Məmmədov qeyd edib ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri Gürcüstan tərəfi ilə birgə razılaşdırılmamış sahələrə baxış keçiriblər və mübahisəli ərazilərə dair aydınlaşdırma işi aparıblar: "Hökumətlərarası Dövlət Komissiyasının növbəti iclası Tbilisidə keçiriləcək. Biz Gürcüstan tərəfindən dəvət gözləyirik. Nə vaxt dəvət etsələr gedib məsələni müzakirə edəcəyik".

Xəbər lenti

Xəbər lenti