Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ İran Xarici İşlər Nazirliyi İraqın Samirə şəhərində şiə imamlarının məzarlarının yerləşdiyi "Əsgəriyyə" məscidində törədilən partlayışı pisləyib. İranın Azərbaycandakı Səfirliyindən cümə axşamı bildiriblər ki, bu terror aktına görə məsuliyyət Samirə şəhərinin təhlükəsizliyinə cavabdeh olan Amerikanın üzərinə düşür.
İran hökuməti hesab edir ki, ABŞ-ın İraqın mədəniyyət və etiqad baxımdan dəyərli olan müqəddəs məkanlarına etinadsız yanaşması bu kimi təxribatların həyata keçirilməsinə zəmin yarada bilər.
Partlayış dünən səhər İraqın Samirə şəhərində (paytaxt Bağdaddan 95 kilometr şimalda yerləşir) törədilib. Terror aktı zamanı ölən və yaralananlar barəsində dəqiq məlumat yoxdur.