...

Daxili işlər naziri Sankt-Peterburqa yola düşüb

Siyasət Materials 14 İyun 2007 15:09 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynli/ Daxili işlər naziri Ramil Usubov MDB dövlətlərinin daxili işlər nazirlərinin toplantısında iştirak etmək üçün Sankt-Peterburqa yola düşüb. Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov məlumat verib.

Toplantıda MDB məkanında qanunsuz miqrasiyanın qarşısının alınması və bu istiqamətdə atılacaq birgə addımlar müzakirə olunacaq.

MDB daxili işlər nazirlərinin toplantısı iyunun 15-16-da keçiriləcək.

MDB dövlət başçılarının iyunun 10-da Sankt-Peterburqda keçirilən qeyri-rəsmi toplantısında quruma üzv olan ölkələrin rəhbərləri qərara almışdı ki, növbəti toplantıda MDB məkanında qanunsuz miqrasiyanın qarşısının alınması məsələsi gündəliyə salınacaq.

Xəbər lenti

Xəbər lenti