...

Xarici işlər naziri: Xəzər dənizinin hüquqi statusu Azərbayan üçün həyati əhəmiyyətlidir

Siyasət Materials 20 İyun 2007 18:34 (UTC +04:00)
Xarici işlər naziri: Xəzər dənizinin hüquqi statusu Azərbayan üçün həyati əhəmiyyətlidir

Azərbaycan, Bakı, /müx. Trend S.Ağayeva/ Azərbaycan Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi məsələsinə xüsusi önəm verir və hesab edir ki, bununla bağlı konstruktiv və müsbət qərar qəbul olunmalıdır. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Tehranda keçirilən Xəəryanı ölkələrin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı bildirib.

İran KİV-nin məlumatına görə, nazir Xəzəryanı ölkələrin qarşılıqlı əməkdaşlığının əhəmiyyətini vurğulayıb. Məmmədyarov xüsusilə enerji sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb: "Azərbaycan dənizin delimitasiyasının və onun resurslarının müdafiəsinin tərəfdarıdır".

"Bizim ölkə digər Xəzəryanı ölkələri bu mövqeyi dəstəkləməyə çağırır" - deyə nazir bildirib.

Sahilyanı ölkələr 2003-cü ilin noyabr ayında Xəzər dənizi sularının müdafiəsi ilə bağlı çərçivə sazişi imzalayıblar.

1998-ci ilin iyulunda Qazaxıstan və Rusiya arasında dənizin dibindən suveren istifadə hüquqlarını təmin etmək məqsədilə müqavilə imzalanıb, 2002-ci ilin may ayında isə bu müqavilənin protokolu imzalanıb. 29 noyabr 2001-ci ildə və 27 fevral 2003-cü ildə Azərbaycan və Qazaxıstan arasında dənizin dibinin həmsərhəd ərazilərinin qovuşuq nöqtələri haqqında müqavilə imzalanıb.

Xəbər lenti

Xəbər lenti