...

AŞPA məruzəçisi Azərbaycanı ölüm cəzası ilə bağlı sənədi imzalamağa çağırır

Siyasət Materials 27 İyun 2007 12:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiyanı ölüm hökmünün ləğv edilməsi üçün dərhal bütün müvafiq sənədləri imzalamağa çağırır. Bu barədə italiyalı parlamentari Pyetro Marçenaronun ölüm hökmünün ləğvinə beynəlxalq statusun verilməsi ilə bağlı hesabatında deyilir.

"Avropa Şurasında qəbul olunan müvafiq sənədlər bütün ölkələr tərəfindən qəbul edilməyib. Konkret olaraq İnsan Haqları üzrə Avropa Konvensiyasının altı saylı protokolu Rusiya tərəfindən ratifikasiya olunmayıb. Baxmayaraq ki, bu ölkə 1996-cı ildə Avropa Şurasına qəbulu zamanı müvafiq öhdəlik götürüb " - deyə Marçenaronun hesabatında vurğulanır.

"İnsan Haqları üzrə Avropa Konvensiyasının 13 nömrəli protokoluna görə, ölüm hökmünün istənilən halda, o cümlədən müharibə və bilavasitə müharibə təhlükəsi zamanı ləğvini nəzərdə tutur. Bu sənəd hələ də Rusiya və Azərbaycan tərəfindən imzalanmayıb. Ermənistan, İspaniya, İtaliya, Polşa, Fransa və Latviya isə onu ratifikasiya etməyiblər " - deyə hesabatda bildirilir.

Assambleya bu ölkələri gözləmədən bu sənədləri imzalamağa və ratifikasiya etməyə çağırır.

Bu ilin əvvəlində İtaliya BMT-də ölüm hökmünün ləğvinə beynəlxalq status verməyi təklif edib. AŞ PA bu təşəbbüsü dəstəkləyir və AB də onun irəliləməsi üçün səylərini dəstəkləmək niyyətindədir. Məqsəd təşəbbüsün BMT-də müsbət istiqamətdə irəliləməsinə nail olmaqdır.

AŞPA qeyd edir ki, ümumilikdə dünyada ölüm hökmünün tətbiqi halları azalır. Belə ki, 1997-ci ildən 2006-ci ilədək ölüm hökmünün ləğv olunduğu ölkələrin sayı 16-dan 89-dək artıb.

Xəbər lenti

Xəbər lenti