...

Azərbaycanın üç bələdiyyə Assosiasiyasının Əlaqələndirmə Şurası yaradıldı

Siyasət Materials 27 İyun 2007 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanda yerli özünüidarə ilə bağlı mövcüd olan üç assosiasiyanın - şəhər, qəsəbə və kənd bələdiyyələri Assosiasiyalarının Əlaqədəndirmə Şurası yaradıldı. Bu qərar çərşənbə günü Bakıda keçirilən bələdiyyələrin ümumrespublika toplantısının sonunda qəbul edilib.

Qeyd edək ki, üç Assosiasiyanın fəaliyyətinin əlaqələndirilməsi Avropa Şurasının Azərbaycana verdiyi tövsiyələrdən biri idi.

Əlaqələndirmə Şurasına üç assosiasiyanın İdarə Heyətinin üzvləri daxil edildi. Əlaqələndirmə Şurası ictimai əsaslarla fəaliyyət göstərən, şəhər, qəsəbə, kənd bələdiyyələrinin işini koordinasiya edən, proseslərə nəzarəti həyata keçirən bir qurum olacaq.

Xəbər lenti

Xəbər lenti