...

İlham Əliyev: "Ermənistan işğal olunmuş torpaqları könüllü surətdə azad edərsə, yeni müharibə dalğasından qaçmaq olacaq"

Siyasət Materials 2 İyul 2007 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Ramazanova/ Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş Ermənistan könüllü şəkildə bu torpaqları azad etməlidir. Bu, Dağlıq Qarabağ uğrunda yeni müharibə dalğasından qaçmağa imkan verəcək. Bunu bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan polisinin yaradılmasının 89 illiyinə həsr olunmuş Daxili İşlər Nazirliyinin Polis Akademiyasının zabitlərinin növbəti buraxılışında bildirib.

Cənubi Qafqazın iki ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası ilə başlayıb. 1992-ci ildən etibarən Azərbaycanın 20% ərazisi, həmçinin Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəs haqqında razılığa gəlib və bu vaxta qədər ATƏT-in Minsk qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə sülh danışıqları aparılır.

Prezident xatırladıb ki, Azərbaycan regionda hərbi cəhətdən daha güclü dövlətdir və Ermənistan tərəfi bunu dərk etməlidir. Onun sözlərinə görə, Azərbaycan heç vaxt ərazisinin işğalı ilə barışmayacaq və istənilən, hətta mənfi nəticələrinə baxmayaraq, müharibə yolu ilə olsa da öz torpaqlarını azad etməyə hazırdır. "Heç kim itki istəmir, amma Azərbaycan güc toplayır və istənilən an istənilən əməliyyatın keçirilməsinə hazırdır. Biz heç vaxt hazırkı vəziyyətin saxlanılması ilə razılaşa bilmərik" - deyə Əliyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti