...

Nazir müavini: "Polis sahə müvəkkillərinin səlahiyyətlərinin artırılması üçün bir neçə rayonda eksperiment aparılır"

Siyasət Materials 6 İyul 2007 12:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanda polis sahə müvəkkillərinin səlahiyyətlərinin artırılması ilə bağlı ölkənin 3 rayonunda, Mingəçevir, Xaçmaz və Bakının Nərimanov rayonunda eksperiment aparılır. Bu barədə cümə günü daxili işlər nazirinin müavini Oruc Zalov məlumat verib.

Zalov bildirib ki, eksperimentin nəticələrinə gələn il baxılacaq. Eksperiment yaxşı nəticə versə, polis sahə müvəkkillərinin səlahiyyətləri artırılacaq. Onun sözlərinə görə, eksperiment zamanı sahə müvəkillərinə yol hərəkətı qaydalarına müdaxilə, vətəndaşların qəbul edilməsi, cinayət hadisəsinin açılması kimi səlahiyyətlər verilib.

Xəbər lenti

Xəbər lenti