...

Dövlət Dumasının deputatı: "Böyük Britaniyanın Rusiyaya qarşı sanksiyaları onun özünə zərər vuracaq"

Siyasət Materials 19 İyul 2007 15:14 (UTC +04:00)
Dövlət Dumasının deputatı: "Böyük Britaniyanın Rusiyaya qarşı sanksiyaları onun özünə zərər vuracaq"

Rusiya, Moskva /müx. Trend R.Ağayev/ İngiltərənin Rusiyanın biznesmen Luqovu ekstradisiya etməkdən imtina etməsinə cavab olaraq tətbiq edəcəyi bu və ya digir sanksiya ilk növbədə Böyük Britaniyanın özünə zərər vuracaq. Belə bir bəyanatla cümə axşamı Dövlət Dumasının MDB və həmvətənlərlə iş üzrə komitəsinin sədri Andrey Kokoşin çıxış edib.

Bazar ertəsi Böyük Britaniya RF-nin Londonda yerləşən səfirliyindən dörd rus diplomatının ölkədən çıxarılmasını bəyan edib. Belə bir bəyanatla Böyük Britaniyanın xarici işlər naziri Devid Milibend çıxış edib. O qeyd edib ki, bu tədbirlər Rusiyanın Litvinenkonun ölümündə təqsirləndirilən biznesmen Luqovu təhvil verməkdən imtina etməsinə birbaşa cavabdır. "Yaranmış vəziyyəti hakimiyyət təqdir etmir və bu vəziyyətin yaranmasından qaçmağa çalışıb. Lakin bizim bu addımı atmaqdan başqa çıxış yolumuz qalmır" - deyə Milibend qəbul olunmuş qərara münasibət bildirərkən qeyd edib.

Kokoşinin sözlərinə görə, hazırda Londonda müzakirə olunan Rusiyaya qarşı görüləcək tədbirlərə Rusiya tərəfindən eyni tədbirlərlə cavab veriləcək. Kokoşin həmçinin bildirib ki, bu, özünü ayağından güllə ilə vurmaq kimi bir şeydir, belə ki, hazırkı şəraitdə Böyük Britaniya Rusiya ilə normal münasibətlərin saxlanmasında maraqlıdır.

Kokoşinin sözlərinə görə, Rusiya daha yüksək iqtisadi inkişaf dinamikasına malikdir və ingilis biznesi rus şirkətləri ilə qarşılıqlı əməkdaşlığa böyük maraq göstərir. "Rusiya Böyük Britaniya ilə müqayisədə İran və Əfqanıstan nöqteyi -nəzərindən daha möhkəm və etibarlı geosiyasi mövqeyə malikdir" - deyə rus parlamentarisi bildirib.

Böyük Britaniya 2007-ci il mayın 28-dən Rusiyadan Luqovun ekstradisiyasını tələb edib. Litvinenkonun zəhərlənməsini 2006-cı ilin payızından başlayaraq araşdıran Britaniya tədqiqatçıları hesab edirlər ki, kifayət qədər tutarlı dəlillərə malikdirlər və iş məkəməyə təqdim oluna bilər. Litvinenko 2006-cı il noyabrın 23-də Londonda "polonium 210" radioaktiv izotopunun ölümcül dozası ilə zəhərlənmə nəticəsində vəfat edib.

Xəbər lenti

Xəbər lenti