...

Azərbaycanda yol qəzalarında ölənlərin sayı artıb

Siyasət Materials 13 Avqust 2007 11:27 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 7 ayında respublikada yol qəzalarında ölənlərin sayı 19 nəfər artıb. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən bazar ertəsi Trend ə verilən məlumata görə, qəzalar 19, qeydə alınan xəsarət isə 18 fakt azalıb. Bakıda isə qəzalar 66, xəsarət 65 fakt azalıb, ölüm isə 3 nəfər artıb.

Bu ilin 7 ayında respublikada yol qəzaları 514 nəfərin həyatına son qoyub, 1600 yol qəzası zamanı 1795 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Paytaxtda isə hesabat dövründə 845 yol qəzası nəticəsində 211 nəfər həlak olub, 972 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Respublika üzrə qeydə alınan yol-nəqliyyat hadisələrinin 705-ni (191 ölüm, 555 xəsarət), Bakı üzrə 453-nü (104 ölüm, 384 xəsarət) piyadavurmalar təşkil edib.

Xəbər lenti

Xəbər lenti