Azərbaycan, Bakı/ Trend müxbir A.İsmayılova/ İran və Azərbaycan Bakıda İran ərazisindən keçməklə Bakı-Naxçıvan-Bakı istiqamətində hərəkət edəcək daimi avtobus marşrutunun açılması barədə memorandum imzalayıb.
Memorandum Mahmud Əhmədinejadın rəhbərliyi ilə İran nümayəndə heyətinin səfəri zamanı imzalanıb.
Həmçinin Culfa (Azərbaycan)-Culfa (İran) avtomobil körpüsünün tikintisi haqqında, Ordubad-Marazad su elektrik stansiyasının tikintisi haqqında, Şahtaxtı-Xoldaşt buraxılış məntəqəsinə beynəlxalq statusun verilməsi haqqında memorandumlar imzalanıb.
Səfərin yekunu ilə bağlı Azərbaycan və İran prezidentləri birgə bəyannamə imzalayıblar.