...

Rusiya baş nazirinin müavini – Qəbələ üzrə sentyabr məsləhətləşmələri RƏM-lə bağlı vəziyyəti müəyyənləşdirəcək

Siyasət Materials 31 Avqust 2007 20:38 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Qəbələ RLS-in istifadə olunması üzrə ABŞ, Rusiya və Azərbaycan - üçtərəfli məsləhətləşmələr sentyabr ayının 15-də Bakıda keçiriləcək. Bu barədə jurnalistlərə cümə günü Rusiya baş nazirinin müavini Sergey Narışkin bildirib. Xəbəri "RİA Novosti" yayıb. .

"Biz raket əleyhinə müdafiə sistemi ilə bağlı Azərbaycan rəhbərliyinin mövqeyini müzakirə etdik və ayın 15-i Bakıda üç ölkənin - Azərbaycan, ABŞ, Rusiya ekspertlərinin birgə işinin təşkil olunacağını gözləyirik. Bu birgə iş, Qəbələ RLS-in istifadə olunması və ümumilikdə raket əleyhinə müdafiə sisteminin tətbiqi ilə bağlı vəziyyətin necə inkişaf edəcəyini göstərəcək",-deyə S.Narışkin bildirib.

Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə nbu mövzu müzakirə olunub.

ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi Conatan Henik Trend ə bildirib ki, üç ölkənin ekspertlərinin görüşü ilə bağlı hələlik heçbir məlumatları olmadığını bildirib.

Xəbər lenti

Xəbər lenti