...

Kür çayı ətrafı ərazilərdə "quş qripi" ilə bağlı monqitorinqlər aparılır

Cəmiyyət Materials 24 Sentyabr 2007 17:26 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov/ Kür çayı ətrafı ərazilərdə "quş qripi" ilə bağlı monqitorinq aparılır, bazar ertəsi Samux rayon Baytarlıq İdarəsinin rəisi Mürvət Bağırov bildirib. Onun sözlərinə görə, monitorinqlərin keçirilməsi üçün rayonda xüsusi komisiya yaradılıb.

Bağırov deyib ki, ilk olaraq rayonun Kür çayı ətrafında olan kəndlərdə ev quşlarında "quş qripi" virusunun olub-olmaması yoxlanılır. Sonra isə çöl quşlarının məskunlaşdığı ərazilərdə yoxlamalar aparılacaq. Montorinq zamanı şübhə doğuran ərazilərdə dezinfeksiya işləri də aparılır.

Monitorinqlərin may ayına kimi davam etdirləcəyini deyən idarə rəisi bildirib ki, rayon ərazisində sonuncu monitoinq 3 ay bundan əvvəl aparılıb. Həmin monitorinq zamanı "quş qripi" virusu aşkarlanmayıb.

Xəbər lenti

Xəbər lenti