...

Bakıda türk pop ulduzu Mahsun Qırmızıgülün analoqu olmayan şousu

Cəmiyyət Materials 1 Oktyabr 2007 12:30 (UTC +04:00)
Bakıda türk pop ulduzu Mahsun Qırmızıgülün analoqu olmayan şousu

Azərbaycan, Bakı, 1 oktyabr /müx. "TrendLife" Vüqar İmanov/ Nəhayət ki, dünən Yaşıl Teatrdı türk pop ulduzu Mahsun Qırmızıgülün konserti baş tutdu. Mahsun sevərlər bir daha onun canlı ifasını dinləmək şərəfinə nail oldular. Əlbəttə ki, konsert heç də sərgüzəştsiz ötüşmədi. Tələsməyək, hamısını sizə ardıcıllıqla danışacağıq. Belə ki, əziz "TrendLife" oxucuları konsertdən eksklüziv xəbərləri sizə təqdim edirik. İlk öncə onu qeyd edək ki, konsertin biletləri tam satılmışdı. Biletsiz içəri daxil olmaq istəyənlər isə sərt mühafizəçilərlə qarşılaşırdılar. Yaşıl Teatrda demək olar ki, boş yer yox idi. Müğənni isə səhnədə əsl şou göstərirdi. Mahsun sevərlər onu gül-çiçəyə qərq etmişdirlər. Kimi müğənnidən avtoqraf alır, kimi isə sadəcə onu öpürdü. Konsert başlayar-başlamaz səhnəni uşaqlar zəbt etmişdi. Sanki onlar Şaxta Babanı görmüşdülər. Müğənni çox istədi ki, tamaşaçıların yanına qalxsın, bildi ki, bu o qədər də asan olmayacaq. Hətta tamaşaçıların biri qurbanlıq qoyun demişdi ki, müğənni ona yaxınlaşıb, onunla bir-iki kəlmə söhbət etsin. Müğənni zalda "Bu qala daşlı qala" və "Ana" mahnısını mikrafonsuz ifa etdi. Müğənni hətta onun həmkarlarının bura gəlmədikləri səbəbini tamaşaçılara açıqladı: "Onlar hazırda Türkiyədə çəkilişlərdədilər. Çəkilişlər üzündən Bakıya gələ bilmədilər. Lakin bütün Azərbaycana onlardan salam gətirmişəm". İndi isə daha diqqətli olun, əziz oxucular. Leyla adlı bir qız səhnəyə çıxaraq, müğənniyə gül təqdim edib, onu böyük məhəbbətlə sevdiyini söylədi. Mahsun isə müsəlman ənənələrinə sadiq qalaraq, qıza evlənmək təklif etdi. Qızın anasının mobil telefonunun nömrəsini alıb, elçilik etdi. Bütün zal şok vəziyyətində idi. Leylanın anası isə Mahsuna telefondaca razılığını verdi. Elə səhnədəcə aşk romanı yaşandı. Yeni sevgililər klassik mahnı üzərində rəqs edirdilər. Bu hələ hamısı deyil. Mahsunun "sevgilisi" zalı tərk edən kimi bir qadın səhnəyə qaçaraq, müğənninin önündə ürəyi getdi. Onu özünə gətirdikdən sonra qəfildən qadın müğənniyə belə bir söz dedi: "Mənim iki oğlum var. Onların atası olun da!" Deyəsən, belə bir şeyi heç kim gözləmirdi. Hətta olanlardan müğənni özü şokda idi. O, qadını qucaqlayıb öpərək: "Mən sənin qardaşın yerindəyəm". Qadını səhnədən yola salanda isə birdən qadın qeyri-ixtiyari bu sözləri söylədi: "Mənim qızlarım sənin bütün mahnılarını əzbər bilirlər". ( buna qədər isə iki oğlu vardı xanımın). Bu şou bütün tamaşaçıların hafizəsində uzun müddət qalacaq. Onu da qeyd edək ki, konsertin təşkilatı dəstəyi "SES orqanization"nun rəhbəri Nahid Emiloğludur.

Xəbər lenti

Xəbər lenti