...

Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin məhkəməsi başa çatıb

Cəmiyyət Materials 4 Oktyabr 2007 13:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Cümə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun keçmiş prezidenti Rafiq Əliyevin və təqsirləndirilən digər 17 nəfərin məhkəməsi F.Əliyevin son sözlə çıxışı ilə davam edib.

F.Əliyev çıxışında ona qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamların məhkəmə istintaqı dövründə sübuta yetirilmədiyini söyləyib. Çıxışının sonunda keçmiş iqtisadi inkişaf naziri məhkəmədən ədalətli qərar gözləmədiyini və birinci instansiya məhkəməsinin hökmündən sonra bütün digər məhkəmə mərhələlərini keçməyə hazır olduğunu bildirməklə çıxışına yekun vurub.

Sonra hakim "Azpetrol" Şirkətlər Qrupunun keçmiş prezidenti R.Əliyevə son sözlə çıxış etməyi təklif etsə də, R.Əliyev məhkəmənin ədalətsiz aparıldığını bildirərək son söz deməkdən imtina edib.

Dövlət Gömrük Komitəsinin Enerji-Gömrük İdarəsinin "Liman" gömrük postunun keçmiş rəisi Əlixan Paşayev də son söz deməkdən imtina edib.

Hakim Tofiq Paşayev iclasın sonunda elan edib ki, məhkəmənin bütün mərhələləri başa çatıb və yaxın günlərdə hökm elan olunacaq. Lakin hakim hökm elan olunacaq tarixin hələ müəyyən edilmədiyini bildirib.

Qeyd edək ki, F.Əliyev və digər təqsirləndirilən şəxslər vergidən yayınma, qanunsuz özəlləşdirmə, ruşvət alma və digər vəzifə cinayətlərində təqsirli bilinirlər.

Xəbər lenti

Xəbər lenti